ADPU-da İqtisadi Əməkdaşlıq Təşkilatının Təhsil İnstitutunun nümayəndə heyəti ilə görüş
Bakı, 11 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) İqtisadi Əməkdaşlıq Təşkilatının Təhsil İnstitutunun (İƏT Tİ) rəhbərliyi ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Görüşdə ADPU-nun rektoru professor Cəfər Cəfərov və İƏT Tİ-nin prezidenti professor Mehmet Akif Kireçci təmsil etdikləri universitetlər haqqında məlumat veriblər.
Tərəflər təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, müəllim-tələbə mübadiləsi imkanları, türk dillərinin öyrədilməsi, məqalələrin çapı, birgə konfransların təşkili, müəllim hazırlığında istifadə olunan model və qarşılıqlı maraq doğuran sahələrdə görülə biləcək mümkün işlər barədə bir çox məsələləri müzakirə ediblər.