Aerobika gimnastikası üzrə qitə birinciliyində qarışıq cütlüklərin yarışları başa çatıb
Bakı, 25 may, AZƏRTAC
Bakıda keçirilən aerobika gimnastikası üzrə XI Avropa çempionatında qarışıq cütlüklərin yarışları başa çatıb.
AZƏRTAC xəbər verir ki, Macarıstan-2 komandası 22,050 xalla bütün rəqiblərini qabaqlayıb. Rusiya-2 kollektivi 21,950 xalla yarışı ikinci, Rumıniya-2 komandası isə 21,650 xalla üçüncü pillədə başa vurub.
Azərbaycan komandası 17-ci yerdə qərarlaşıb.
Çempionatda 22 ölkədən 400-ə yaxın böyük və gənc gimnast qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aerodans, aerostep (yalnız böyüklər) yarışlarında mübarizə aparırlar.