AFFA Gəncədə süni örtüklü meydançanın inşasına başlayacaq
Bakı, 21 iyun, AZƏRTAC
AFFA futbol infrastrukturunun inkişafı istiqamətində daha bir layihənin icrasına başlayacaq.
AZƏRTAC AFFA-nın saytına istinadla xəbər verir ki, iyunun 24-dən etibarən Gəncə şəhər stadionunun ərazisində AFFA-nın maliyyə vəsaiti hesabına standart ölçülərə malik (105x68m) süni örtüklü məşq meydanının inşasına start veriləcək. Tikinti işləri bütövlükdə AFFA tərəfindən həyata keçiriləcək. Stadion hazır olduqdan sonra “Kəpəz” klubu ilə yanaşı, uşaq futbol komandaları da süni örtüklü meydandan yararlana biləcək.
Xatırladaq ki, Gəncə şəhər stadionunun əsas meydançasının da təbii ot örtüyü 2017-ci ildə AFFA tərəfindən salınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]