AFFA “Turan Tovuz”u yüksək məbləğdə cərimələyib
Bakı, 25 fevral, AZƏRTAC
AFFA İntizam Komitəsi “Turan Tovuz” klubunu yüksək məbləğdə cərimələyib.
AZƏRTAC milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna “Turan Tovuz”un Misli Premyer Liqasının XXIV turunun “Şamaxı” ilə oyunundan öncə yaydığı bəyanat səbəb olub.
Bildirilib ki, klubun rəsmi səhifəsindən yayımlanan bu bəyanatın cəmiyyət arasında AFFA və Peşəkar Futbol Liqasının fəaliyyəti ilə bağlı mənfi rəy formalaşdırmağa yönəlmiş, futbolun idarəedici qurumlarının qərarlarının obyektivliyinə dair şübhələr yaradıb. Məhz bu üzdən Tovuz təmsilçisi 20 min manat məbləğində cərimə edilib.
Qeyd edək ki, bəyanatda “Turan Tovuz”un qar səbəbindən VAR sisteminin və canlı yayımın olmayacağı oyunun şəffaf keçiriləcəyinə dair şübhələrinin olduğu vurğulanıb. Görüş Tovuz təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [15:54]
Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir
- 30.09.2026 [15:38]
Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb
- 30.09.2026 [14:59]
“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]