Afrikada Qərbin dəqiq strategiyasının olmaması “Vaqner”in qitədə mövqeyini gücləndirib
Bakı, 31 iyul, AZƏRTAC
Böyük Britaniya Afrika ölkələri ilə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək və yerli hərbi birləşmələr üçün təlim proqramları tətbiq etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bunu “Financial Times” qəzetinə müsahibəsində Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli deyib.
Onun sözlərinə görə, London Afrika ölkələrində ordu hissələrinə təlim keçmək üçün qitə liderlərinin britaniyalı təlimatçılarla bağlı müraciətlərini ciddi şəkildə nəzərdən keçirməyə hazırdır. Böyük Britaniya hazırda Keniya və Qana da daxil olmaqla bir sıra Afrika ölkələrində hərbi təlim kursları keçirir və eləcə də qitədə bir neçə sülhməramlı missiyalarda iştirak edir.
Ceyms Kleverli, həmçinin qeyd edib ki, Afrikada Qərb üçün dəqiq strategiyanın olmaması “Vaqner”in regionda mövqelərinin güclənməsinə səbəb olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]