Afrikadakı Rus evində üzərində “Bütün fransızlardan” yazısı olan bağlama partlayıb
Moskva, 16 dekabr, AZƏRTAC
Mərkəzi Afrika Respublikasının (MAR) paytaxtı Banqi şəhərində yerləşən Rus evinin rəhbəri Dmitri Sıtıy üzərində “Bütün fransızlardan” yazısı ilə içində partlayıcı olan bağlama alıb.
AZƏRTAC xəbər verir ki, Rusiya mətbuatı bağlamanın içində olan məktubun şəklini yayıb. Məktubda “Bütün fransızlardan” və “Ruslar, Afrikadan rədd olun” yazısı yazılıb.
Bağlamanın partlaması nəticəsində D.Sıtıy xəsarət alıb. Hazırda xəstəxanada müalicə alan D.Sıtıyın vəziyyəti ağır qiymətləndirilir.
MAR polisi hadisəni terror aktı adlandırıb. Bağlama Aleks Sevilyano Minques adlı şəxs tərəfindən Toqonun paytaxtı Lomedən poçtla göndərilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [21:56]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:26]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [19:07]
Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər
- 16.10.2026 [19:07]
Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]