AFRİKANIN HƏR ÜÇ SAKİNİNDƏN BİRİ QİÇS XƏSTƏSİDİR
DST-nin apardığı tədqiqata görə, Afrika əhalisinin 30 faizi QİÇS xəstəliyindən əziyyət çəkir. Beynəlxalq tibb təşkilatının məruzəsində deyilir: “Xəstələnmənin belə yüksək faizinin səbəbi əhalinin QİÇS-dən mühafizə üzrə adi qaydalara belə əməl etməməsi, bu xəstəliyin qorxulu və ciddi olmasını lazımınca başa düşməməsi ilə bağlıdır”.
Beynəlxalq səviyyədə səylərə baxmayaraq, Afrikada xəstəliyin yayılma sürəti azalmır. Keçən il qitədə azı üç milyon adam immun çatışmazlığı virusuna yoluxmuşdur. Onların yarısından çoxu 30 yaşınadək olan gənclərdir.
Proqnozlara görə, 2020-ci ilədək Afrikada QİÇS-dən 55 milyon insan öləcəkdir.
Hazırda DST çoxsaylı könüllülərin qüvvəsi ilə bir sıra humanitar proqramlar həyata keçirir. Onlar QİÇS-in yayılmasının qarşısını almağa yönəldilmişdir. Bundan başqa, təşkilat QİÇS-in diaqnostikası və müalicəsi üçün dərman və avadanlıq alaraq, Afrikaya göndərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]