Ağcabədi rayonunda “Birlik” düşərgəsi keçirilir
Bakı, 2 iyul, AZƏRTAC
Ağcabədi Olimpiya İdman Kompleksində “Birlik” milli adət-ənənələr düşərgəsi keçirilir.
İdman Kompleksindən AZƏRTAC-a bildirilib ki, düşərgəyə respublikamızın müxtəlif bölgələrindən təhsildə fərqlənən gənclərlə yanaşı, şəhid və qazi, eləcə də aztəminatlı ailələrin övladları da daxil olmaqla, 60 gənc cəlb edilib. Düşərgədə təşkil edilən idman və intellektual yarışlar, milli adət-ənənələri təbliğ edən maraqlı, əyləncəli tədbirlər, o cümlədən gəzintilər, təlimlər və diskussiyalar böyük marağa səbəb olub.
Gənclər və İdman Nazirliyi tərəfindən iyunun 27-dən startı verilən düşərgə iyulun 2-də başa çatacaq.