AĞCABƏDİNİN MƏDƏNİYYƏT İŞÇİLƏRİ ULU ÖNDƏRİN XATİRƏSİNİ EHTİRAMLA ANMIŞLAR
Sonra anma mərasimi keçirilmişdir. Şöbənin müdiri Rza Quliyev böyük azərbaycanlının müstəqil dövlətin yaradılması, qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində xidmətlərindən danışmışdır. O, suverenliyimizin ilk illərində məruz qaldığımız sosial-iqtisadi çətinlikləri, siyasi böhranı, Ermənistanın ölkəmizə silahlı təcavüzünü xatırlatmış, qeyd etmişdir ki, belə bir vaxtda xalqın tələbi ilə xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyevin müdrikliyi, üzaqgörənliyi, polad iradəsi nəticəsində xalqımız bəlalardan xilas oldu, millətin inamı özünə qaytarıldı, dövlətçilik ənənələri zənginləşdirildi, sosial-iqtisadi inkişaf geniş vüsət aldı.
Mərasimdə xüsusi vurğulanmışdır ki, ağcabədililər ümummilli liderimiz Heydər Əliyevin siyasi yolunu uğurla davam etdirən Prezidentimiz İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklər.