Ağdam şəhərində gördüyümüz mənzərədən dəhşətə gəldik
Ağdam, 14 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Biz Ağdamda Pənahəli xanın türbəsini, Qarabağ müharibəsinin ilk illərində şəhid olmuş həmvətənlərimizin dəfn edildiyi Şəhidlər xiyabanını qürurla ziyarət etdik. Bu gün şəhidlərin arzusu yerinə yetib - işğal altından olan torpaqlarımız azad edilib.
Bu sözləri bir qrup yerli media orqanı və QHT-lərin rəhbərlərinin, blogerlər və ictimai fəalların işğaldan azad olunmuş Ağdam rayonuna səfəri zamanı AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli deyib.
O, Ağdam şəhərində qarşılaşdığı erməni vəhşiliyindən dəhşətə gəldiyini bildirib: “Düşmən tərəfindən dağıdılmış Ağdam şəhərini gördük. Rastalşıdığımız mənzərədən dəhşətə gəldik. Dünyada erməni vəhşiliyinin analoqu yoxdur. Erməniləri bizə Tanrı qonşu etməyib. Bu vəhşi qəbilə çar Rusiyası tərəfindən XIX əsrin əvvəllərində Qafqaza köçürülüb. XX əsrdə bu cür xalq, bu cür dövlət olmaz”.
O, Qarabağın bizim üçün tək coğrafi deyil, həm də böyük mənəvi anlam daşığını bildirib: “Qarabağda Azərbaycanın hər bir bölgəsindən, hər kəndindən olan şəhid qanı axıb. Allah şəhidlərimizə rəhmət eləsin. Ali Baş Komandana, Ordumuza minnətdarıq ki, 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi. Əminik ki, ermənilərin dağıdaraq viran qoyduğu şəhər və kəndlərimiz yenidən qurulacaq. Bu yerlərin firavan dövrü yenidən başlayacaq. Eyni zamanda, dağıdılmış yerlərin bir hissəsi saxlanılmalıdır ki, gələcək nəsillər erməni vəhşiliyini görsün”.