AĞDAMDA SƏRBƏST GÜLƏŞ VƏ CÜDO ÜZRƏ RAYON TURNİRİ KEÇİRİLMİŞDİR
Ağdam, 19 iyul (AZƏRTAC). Ağdam rayonu Quzanlı Olimpiya İdman Kompleksində respublikamızın ərazi bütövlüyü uğrunda şəhidlərin xatirəsinə həsr olunmuş sərbəst güləş və cüdo üzrə rayon turniri keçirilmişdir. Turnirdə sərbəst güləş üzrə 87, cüdo üzrə 122 idmançı iştirak etmişdir.
Yarışlarda fərqlənən idmançılara Ağdam Rayon İcra Hakimiyyəti, rayon gənclər və idman idarəsi tərəfindən Fəxri fərman və hədiyyələr təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:14]
Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib
- 16.10.2026 [13:03]