Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdamın işğalı: səbəblər və nəticələr

Vaşinqton, 23 iyul (AZƏRTAC). Dağlıq Qarabağ münaqişəsi Avrasiyada ən qanlı münaqişələrdən biri kimi tanınmışdır. Düzdür, 1994-cü ilin may ayında atəşkəs haqqında saziş imzalandıqdan sonra döyüş əməliyyatları dayandırıldı, lakin münaqişə heç də “dondurulmamışdır”. Son 19 ildə qoşunların təmas xəttində vaxtaşırı atışmalar nəticəsində hər iki tərəfdən yüzlərlə insan həyatını itirmişdir. Bu fikirlər “Turkish Weekly” analitik saytında dərc edilmiş məqalənin ana xəttini təşkil edir.

Atəşkəs barədə razılaşma əldə edilən gündən sülh sazişinə nail olmağa yönəlmiş danışıqlar səmərə verməmişdir. ATƏT-in Minsk qrupunun vasitəçilik missiyası və region ölkələri liderlərinin səyləri öz yerində, xalq diplomatları da görüşür, regiona səfərlər edir, tərəfləri barışdırmağa və ortaq dil tapmağa cəhd göstərirlər. Adətən bu cür görüşlər ya Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, ya da Bakıda və Yerevanda keçirilirdi. Dağlıq Qarabağ separistlərinin liderləri vaxtilə azərbaycanlıların məskunlaşdığı Şuşada “təmizliyə riayət olunmasını” nümayiş etdirməyə, habelə qeyri-adi gözəlliyi ilə seçilən bu şəhərdə Azərbaycan mədəniyyət abidələrinin bərpa edilməsi və qorunub saxlanması cəhdlərini nümayiş etdirmişlər. Lakin Azərbaycanın yerlə-yeksan edilmiş daha bir şəhəri var. Bu, ermənilərin Azərbaycan mədəniyyət abidələri ilə əslində necə rəftar etdiklərini göstərir. Söhbət 1993-cü ilin yayında erməni silahlı qüvvələri tərəfindən yandırılıb külə döndərilmiş Ağdam şəhərindən gedir.

Ağdam rayonu Qarabağda iri inzibati bölgü vahidlərindən biridir. Coğrafi baxımdan Aran Qarabağda, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) hüdudlarından kənarda yerləşir və 1094 kvadratkilometr ərazini əhatə edir. İşğaldan əvvəl Ağdam rayonunda 153 min nəfər yaşayırdı. Əhalisi sıx olan bu rayonun mərkəzi Ağdam şəhərinin bütün sakinləri azərbaycanlılar idi. 1988-ci il fevralın 22-də Dağlıq Qarabağ Muxtar Vilayəti parlamenti Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə qanunsuz sənədlər qəbul edəndə Ermənistan SSR-in və DQMV regional parlamentinin erməni deputatlarının hərəkətlərindən narazılığını bildirmək üçün etiraz edən bir qrup azərbaycanlı məhz bu şəhərdən Xankəndinə (keçmiş Stepanakertə) üz tutmuşdu, münaqişənin ilk qurbanları da bu şəhərin sakinləri oldu - Əli Hacıyev və Bəxtiyar Quliyev ad-soyadlı azərbaycanlı gənclər Əsgəran yaxınlığında münaqişə zamanı ermənilər tərəfindən qətlə yetirildi. Dağlıq Qarabağda mühasirədə olan şəhərlərin və kəndlərin azərbaycanlı əhalisinə yardım göstərmək üçün əməliyyatlar məntəqəsi Azərbaycan özünümüdafiə qüvvələri tərəfindən məhz bu şəhərdə yerləşdirilmişdi. 1992-ci il fevralın 25-26-da Xocalıda və onun ətrafında erməni silahlı qüvvələri tərəfindən törədilmiş qırğın zamanı salamat qalanlar məhz bu rayona tərəf qaçmışdı. O gecə cəmi bir neçə saat ərzində 613 nəfər dinc azərbaycanlı əhali qətlə yetirilmişdi.

Münaqişənin ilk mərhələlərində, hərbi əməliyyatlar geniş miqyas alana qədər ermənilər Ağdam sakinlərini terror yolu ilə sarsıtmağa çalışırdılar. Dağlıq Qarabağ münaqişəsi üzrə ekspert Çarlz van der Leu terroru elə bir silah adlandırır ki, ermənilər bu silahdan istifadə məsələsində hamıdan üstündür (“Азербайджан: Поиски самосознания”, St. Martin Press, 1998 г., стр. 182). Erməni millətçilər bu strategiyanı həyata keçirmək üçün Ağdam ətrafında bir neçə terror aktı təşkil etmişdi. Məsələn, 1990-cı ilin avqust ayında erməni terrorçular Tbilisi-Ağdam marşrutu üzrə hərəkət edən avtobusu partlatmış, nəticədə 20 nəfər dinc sakin həlak olmuşdur. 1991-ci ilin sentyabr ayında Ağdam-Xocavənd və Ağdam-Qaradağlı marşrutları üzrə hərəkət edən avtobuslara hücum edilmiş, birinci hadisədə 5 nəfər, 2-ci hadisədə 8 nəfər sərnişin həlak olmuşdu. Nəhayət, 1992-ci il yanvarın 28-də Ağdamdan Şuşaya uçan helikopterin reysi faciəli şəkildə başa çatmışdı. Həmin gün ermənilər bu təyyarəni Şuşa səmasında vuraraq heyət üzvləri də daxil olmaqla 44 nəfəri qətlə yetirmişdi.

Ağdamın işğal edilməsi Ermənistan rəhbərliyi üçün strateji tapşırıq idi. Ağdamın Əsgəranda, Ağdərə və Xankəndidə ermənilərin mövqelərinə yaxın olmasını nəzərə alaraq Azərbaycanın bu iri mərkəzi şəhərinin işğalı və etnik təmizləməyə məruz qalması bütün müharibənin gedişini dəyişməli idi. Ağdamın işğalı əməliyyatı 1993-cü ildə ermənilərin hücumundan xeyli əvvəl hərtərəfli planlaşdırılmış, yoxsa Kəlbəcər işğal ediləndən sonra hücumu dəstəkləmək üçün başlanmışdı? Bu sualın cavabı indiyə qədər müəmmalıdır. Hər halda Ağdamın işğalı əməliyyatı 1993-cü ildə başlanmış genişmiqyaslı hücumun tərkib hissəsi olub.

1992-ci ilin iyun ayında regionu erməni silahlı qüvvələrindən azad etmək üçün Azərbaycan ordusunun başladığı hücum əməliyyatı Dağlıq Qarabağın yarısını Azərbaycanın nəzarəti altına qaytardı. Cəmi bir neçə ay ərzində Azərbaycan qoşunları Şuşa və Xankəndi ətrafına gedib çatmışdı. Aşkardır ki, bu uğur Rusiyanın Cənubi Qafqazda maraqlarına təhlükə yaradır. Bununla əlaqədar 1992-ci ilin axırlarında Rusiyanın hərbi rəhbərliyi və Azərbaycan hökuməti arasında bir sıra görüşlər keçirildi. Həmin görüşlərdə Moskva Bakıya təzyiq göstərir, Rusiyanın sülhyaratma qüvvələrinin Azərbaycana yeridilməsini tələb edirdi. Azərbaycan hökuməti bu niyyətlərin nə ilə nəticələnə biləcəyini qabaqcadan görürdü: bu, Azərbaycanın müstəqilliyinin faktiki olaraq itirilməsinə gətirib çıxarardı. Ona görə də Azərbaycan hökuməti bundan imtina etdi. Məhz bu imtina keçmiş DQMV ətrafında azad edilmiş ərazilərin itirilməsinə səbəb oldu. Rusiya Federasiyasının müdafiə naziri Pavel Qraçov açıq demişdi: “Yaxşı, onda erməni silahlı qüvvələri Kəlbəcəri alacaqlar”. Nazir eyhamla bildirirdi ki, qarşıda erməniləri hərbi uğurlar gözləyir. (“Черный сад”, Томас Де Ваал, New York University Press, 2003, стp. 203).

1993-cü ilin fevral ayında təpədən dırnağa qədər silahlanmış erməni qüvvələri Azərbaycan mövqelərinə irimiqyaslı hücuma başladılar. Fevralın axırlarında onlar Kəlbəcər rayonunun strateji əhəmiyyətli Sırxavənd, Çaldıran, Dəvədaşı və Yaycı kəndlərini yenidən işğal etdilər. Bu qəsəbələr DQMV-nin keçmiş Mardakert rayonunun əraziləri idi, lakin 1992-ci ildə Kəlbəcər və Tərtər rayonlarının inzibati bölgüsündə dəyişiklik aparıldıqdan sonra onlar Kəlbəcər rayonuna aid edilmişdi. Ağdamdan qərbdə yerləşən bu kəndlər işğal edildikdən sonra ermənilər Sərsəng su anbarına nəzarəti də ələ keçirdilər. Hücumdan sonrakı hadisələr ölkədə vəziyyətin kəskinləşməsinə siyasi böhrana səbəb oldu. Əvvələn, 1992-ci ildə ərazilərin işğaldan azad edilməsi kampaniyasının bir hissəsinə rəhbərlik etmiş polkovnik Surət Hüseynov Ağdərə regionunu qeyri-adekvat müdafiə etməkdə ittiham olundu və 1993-cü ilin fevral ayında öz vəzifəsindən çıxarıldı. İkincisi, aprelin əvvəlində Kəlbəcər rayonunun işğal edilməsi Azərbaycanla müharibədə Rusiyanın Ermənistana kömək etmək niyyətini təsdiqlədi. Azərbaycanın hiddətlənərək BMT-yə müraciət etməsi BMT Təhlükəsizlik Şurası tərəfindən 822 nömrəli qətnamənin qəbul edilməsi ilə nəticələndi. Bu sənəddə Ermənistan işğalçı qüvvələri danışıqsız olaraq Kəlbəcərdən çıxarmağa və qaçqınları geri qaytarmağa çağırırdı. Lakin həmin sənədin qəbul edilməsi ciddi bir nəticə vermədi. ABŞ, Rusiya və Türkiyənin birgə vasitəçilik missiyası atəşin dayandırılması, sülh danışıqlarının davam etdirilməsi, Ermənistanın enerji blokadası barədə 6 günlük plan təklif etmişdi. Mayın 24-də Azərbaycan xoş məram nümayiş etdirərək atəşin birtərəfli qaydada dayandırılmasını və ATƏT-in 500 hərbi müşahidəçisini regiona qəbul etməyə hazır olduğunu bəyan etdi. Lakin artıq Ağdamı tutmağı qərara almış ermənilər iyun ayında vasitəçilərdən xahiş etdilər ki, həmin planın yerinə yetirilməsi bir neçə həftə təxirə salınsın.

1993-cü il iyunun 4-də Surət Hüseynov Əbülfəz Elçibəy hökumətini ölkədə vəziyyəti lazımınca idarə edə bilməməkdə təqsirləndirərək onun istefa verməsini tələb etmiş və öz qoşunlarını Bakıya yönəltmişdi. Surət Hüseynov Rusiyanın hərbi elitası ilə sıx əlaqə saxlayır. Buna görə də onun qətiyyətli hərəkətlərini çoxları Rusiyanın Azərbaycanda hakimiyyəti devirmək üçün müdaxiləsinin əlamətləri kimi qəbul etmişdi. Siyasi böhran və cəbhədə hərc-mərclik erməni hərbçilərinin cəsarətini artırmışdı. İyunun 12-də erməni qoşunları Ağdam rayonunun bütün perimetri boyunca şiddətli hücuma başladılar. İyunun 12-də strateji əhəmiyyətli birinci yüksəklik - Ağdamdan 10 kilometr şərqdə yerləşən Fərrux dağı ermənilər tərəfindən tutuldu, onlar növbəti altı həftə ərzində şəhəri uzun müddət bombalamaq imkanı qazandılar. Elə həmin gün ermənilər Ağdamdan 7 kilometr Cənub-Şərqdə yerləşən iki iri Azərbaycan kəndini - Yusifcanlı və Mərzili kəndlərini tutdular. “Human Rights Watch” hüquq müdafiə təşkilatının hesabatına əsasən erməni qoşunları işğal etdikləri kəndlərdə qətlə yetirilmiş insanları da soyur, tam etnik təmizləmə aparır və qaçqınların öz evlərinə qayıda bilməməsi üçün bu yaşayış məntəqələrini yandırırdılar. Ermənilərin ağız dolusu təriflədiyi komandirlərindən biri, beynəlxalq aləmdə tanınmış terrorçu Monte Melkonyan Mərzili kəndinin işğalı zamanı öldürülmüşdü. İyulun 5-dək Ağdam şəhəri faktiki olaraq hər tərəfdən əhatəyə alınmışdı və iyulun 23-dək “Qrad” qurğularından atəşə tutulurdu. Həmin gün Ağdam tam işğal edildi. Şəhər talan edildi və yandırılıb külə döndərildi. Ağdamda yanğınların tüstüsü 20 kilometr məsafədən görünürdü. “Human Rights Watch” qərbli diplomatlardan birinin dediklərinə istinad edərək öz hesabatında yazır ki, bütün şəhərin yandırılması qoşunların intizamsız olmasına deyil, erməni rəhbərliyi tərəfindən hərtərəfli götür-qoy edilmiş plan tərtib olunmasına dəlalət edir. BMT Təhlükəsizlik Şurası Ağdam rayonunun işğalından sonra ATƏT-in Minsk qrupunun keçmiş sədri Mario Rafaellinin hesabatı əsasında 853 nömrəli qətnamə qəbul etmiş, bu sənəddə Ağdamın işğalını pisləmiş, işğalçı qoşunları ərazidən çıxarmağa və qaçqınları öz yaşayış yerlərinə qayıtmağa çağırmışdı. Gizli deyildir ki, Ermənistan bu tələbləri hələ də yerinə yetirməmişdi (Azerbaijan: Seven Years of Conflict in Nagorno-Karabakh, Human Rights Watch/Helsinki Organization hüquq müdafiə təşkilatının hesabatı, 1994-cü il, səh.16-48).

Ağdam işğal ediləndən sonra cəbhə xəttində hərc-mərclik yarandı. “Human Rights Watch” təşkilatının hesabatına görə, avqustun axırlarında Füzuli, Cəbrayıl və Qubadlı rayonları tutulanda hərbçilər və mülki əhali arasında belə təsəvvür yaranmışdı ki, Azərbaycan ermənilərə qarşı deyil, Gümrüdə yerləşən Rusiya qoşunlarına qarşı vuruşur. Rusiyanın pulsuz verdiyi ağır texnikanın köməyi ilə cəbhənin Azərbaycana aid hissəsinin yarılması açıq-aşkar onu göstərirdi ki, general-polkovnik Qraçov öz vədinə əməl etmişdi. Nəticədə Azərbaycanın bir neçə rayonu “domino prinsipi” üzrə ermənilər tərəfindən tutulmuş, əhalidə ruh düşkünlüyü yaranmışdı. Azərbaycanın hərbi dairələrində nizamsızlıq respublika ərazisinin beşdə bir hissəsinin işğalı ilə nəticələndi.

1993-cü ilin yayı həmin dövrdə Azərbaycan Prezidenti vəzifələrini icra edən ölkə parlamentinin sədri Heydər Əliyev üçün çox böyük bir sınaq dövrü oldu. Bir tərəfdən ölkənin şimalında irredentizm əlamətləri hiss olunur, digər tərəfdən ölkənin Cənubunda polkovnik Əlikram Hümbətov suveren Azərbaycanın dezinteqrasiyasına yönəlmiş siyasi təhriklər törədirdi. Bütün bunlar Qarabağ cəbhəsində ermənilərin irimiqyaslı hücumları fonunda baş verirdi. Azərbaycan rəhbərliyi yalnız ölkənin şimalında və cənubunda separatist hərəkatları yatırandan sonra xalqın iradəsini möhkəmlətməyə və 1993-cü ilin dekabr ayında əks hücuma başlaya bildi. Azərbaycan ordusu cəbhə xəttinin şimalında və cənub-şərqində sanballı uğurlar qazansa da, Ağdam rayonu işğaldan azad edilmədi.

ABŞ-ın Qaçqınlarla İş üzrə Komitəsinin 2000-ci il üçün hesabatına görə Ağdamın 153 min sakinindən 128584-ü ölkə daxilində məcburi köçkün vəziyyətinə düşmüşdü. Erməni silahlı qüvvələri Ağdam rayonunu işğal etməklə Azərbaycana 6,179 milyard dollar ziyan vurmuşlar. Erməni qoşunları tərəfindən Ağdam rayonunun bir neçə kəndinin işğalı ifrat qəddarlıq və Cenevrə konvensiyasının normalarının kobudcasına pozulması ilə müşayiət olunurdu. Ermənilərin hücumları dövründə Ağdam rayonunda 5897 azərbaycanlı həlak olmuşdu. Bu, Ermənistan-Azərbaycan müharibəsi dövründə ən böyük insan tələfatıdır. Bu gün Ağdam şəhəri sükut içindədir. Ermənilərin yerlə-yeksan etdiyi şəhərin yalnız xarabalıqları qalmışdı. Halbuki vaxtilə Ağdam Aran Qarabağın dinamik inkişaf edən regional mərkəzi idi. Həmişə bütün şəhərin fəxri sayılan Ağdam məscidi indi həyat əlaməti olmayan xarabalıqları və yandırılmış ağacları müşahidə edir. Şəhərdə həyatın bərpa edilməsi yalnız bütün Qarabağ azad ediləndən sonra mümkündür. O vaxta qədər Ağdam susacaqdır.

Yusif Babanlı

AZƏRTAC

Vaşinqton

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır VİDEO

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır VİDEO

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

İƏT nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir VİDEO

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb