Ağır atletika üzrə Azərbaycan yığma komandası təlim-məşq toplanışını davam etdirir
Bakı, 10 mart, AZƏRTAC
Kişi və qadın ağır atletlərdən ibarət Azərbaycan yığma komandaları Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında təlim-məşq toplanışını davam etdirir.
Azərbaycan Ağır Atletika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, baş məşqçi Asif Məmmədovun rəhbərliyi ilə həyata keçirilən hazırlıqlarda əsas məqsəd apreldə Moskvada keçiriləcək Avropa çempionatı üçün heyəti formalaşdırmaqdır.
İntensiv şəkildə davam etdirilən hazırlıq prosesi barədə məlumat verən A.Məmmədov deyib ki, komanda lazımi şəraitlə təmin olunub. O, hazırlığın normal getdiyini, hədəfin Moskvadakı Avropa çempionatında uğurla çıxış etmək olduğunu bildirib.
Avropa çempionatı aprelin 2-də start götürəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]