AĞSTAFA RAYONUNUN DAĞ KƏSƏMƏN KƏNDİNDƏ ON İKİ NƏFƏR DAİMİ İŞLƏ TƏMİN OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Ağstafa rayonunun Dağ Kəsəmən kəndində 1968-ci ildən fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsi ən müasir standartlara uyğun yenidən bərpa edilmişdir.
“İS-Petrol” adını daşıyan məntəqədə 12 nəfər Ağstafa sakini işlə təmin olunmuşdur.
Burada avtomobillərin təmiri xidməti də fəaliyyət göstərir.