Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib
Ağsu, 15 avqust, Rəşad Türkoğlu, AZƏRTAC
Bu gün Ağsuda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə günorta saatlarında rayon mərkəzində qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağsu rayon sakini Nazim Abışov qəfildən nəqliyyat vasitəsinin idarəetməsini itirib. Nəticədə avtomobil yoldan çıxaraq hasara çırpılıb.
Qəza nəticəsində avtomobildə olan sərnişin Rövşən Əmirov hadisə yerindəcə həyatını itirib. Ağır bədən xəsarətləri alan sürücü Nazim Abışov Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:02]
“Akasiya” qadın kooperativinin uğur hekayəsi
- 15.10.2026 [12:20]
Xəzinələr, buzxanalar və 56 sütun: Qədim Ağsunun unudulmuş izləri VİDEO
- 15.10.2026 [11:50]
Həsrətdən qayıdışa: 33 ildən sonra doğma kənddə yenidən başlayan həyat
- 15.10.2026 [11:06]
Strateji hədəflər, milli maraqlar və ictimai məsuliyyət – Yevlaxda müşavirə
- 15.10.2026 [10:47]