AHILLAR GÜNÜ QEYD OLUNMUŞDUR
Respublika Heriontoloji Mərkəzin əməkdaşlarının təşkil etdikləri tədbirdə ənənəvi olaraq, tənha və kimsəsiz qocalar iştirak etmişlər.
Mərkəzin baş həkimi Məsmə Məcidova ahılları salamlamış, yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması haqqında Prezident İlham Əliyevin 21 sentyabr 2006-cı il Sərəncamının əhəmiyyətindən danışmışdır. O qeyd etmişdir ki, 60-dan yuxarı yaş kontingentindən olan bütün ahıllar Mərkəzin diqqət və qayğısı ilə əhatə olunur, onlar üçün ayda bir dəfə “açıq qapı” həftəsi keçirilir, xəstələr pulsuz müayinə edilir.
Ahıllardan Məhbubə Sultanova, Züleyxa Əhmədova, Yevgeniya Əsədova, Yusif Nuriyev və başqaları çıxış edərək, bayram günündə onları yada salanlara təşəkkür etmiş, dövlət qayğısını hər an hiss etdiklərini söyləmişlər.
Axırda ahıllar üçün çay süfrəsi açılmış, musiqi səsləndirilmişdir.