Ahmet Yener: Türkiyə-Azərbaycan qardaşlığı əbədi və sarsılmazdır
Bakı, 17 noyabr, AZƏRTAC
Biz bu gün Azərbaycan və Türkiyə üçün önəmli olan müqəddəs yerlərdən biri - Şəhidlər xiyabanını ziyarət edirik. Burada uyuyan türk şəhidlər azərbaycanlı qardaşları ilə birlikdə düşmənlərə qarşı vuruşublar. Bununla da bir millət, iki dövlət olduğumuzu nümayiş etdiriblər. Bu qəhrəmanlıqlardan ilham alan azərbaycanlı qardaşlarımız illər sonra işğal altında olan Qarabağı azad etdilər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyə Yüksək Seçim Kurulunun sədri Ahmet Yener söyləyib.
“Azərbaycan dövlətinin müstəqilliyində, quruculuğunda və inkişafında böyük əməyi olan Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdik. Xatirəsini dərin ehtiramla yad edirik. Azərbaycan-Türkiyə qardaşlığının daimi olması üçün biz də öz üzərimizə düşən bütün vəzifələri yerinə yetirməyə hazırıq. Türkiyə-Azərbaycan qardaşlığı əbədi və sarsılmazdır. Yaşasın Türkiyə! Yaşasın Azərbaycan!”, - deyə A.Yener vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:23]
Dövlət Yanğından Mühafizə Xidməti növbəti “Açıq qapı” günü təşkil edib
- 16.06.2026 [17:42]
Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir
- 16.06.2026 [17:35]
Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək
- 16.06.2026 [17:13]