Aİ Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlamaq məsələsini müzakirə edəcək
Tbilisi, 19 iyul, AZƏRTAC
İyulun 22-də Avropa İttifaqı (Aİ) Ermənistanla viza rejiminin liberallaşdırılması ilə bağlı dialoqa başlamaq məsələsini müzakirə edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Ermənistan parlamentinin Avropa İttifaqına İnteqrasiya Komissiyasının sədri Arman Yeqoyan şəxsi feysbuk hesabında yazıb.
Yeqoyan qeyd edib ki, Avropa İttifaqı təkcə viza rejiminin liberallaşdırılması ilə bağlı deyil, həm də Ermənistan üçün Avropa Sülh Fondunun (APF) məsələsinə dair qərar qəbul edəcək.
“Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə dialoqa başlamaq, həmçinin Avropa Sülh Fondu vasitəsilə Ermənistana yardım göstərmək məsələləri iyulun 22-də Avropa İttifaqı Şurasının (Nazirlər Şurasının) gündəliyinə daxil edilib. Bu gün hər iki məsələ ilə bağlı qərarlar veriləcək”, - deyə Yeqoyan bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]