Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib
Bakı, 19 mart, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya Yardım Fondunun (UYF) yaradılmasını təsdiqləyib və bu məqsədlə 5 milyard avro (5,4 milyard dollar) ayırıb.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, qərar Avropa İttifaqına üzv ölkələrin nazirlərinin Ukraynaya dəstəyi və Yaxın Şərqdəki vəziyyəti müzakirə etdiyi Brüsseldə Aİ-nin Xarici Əlaqələr Şurasında qəbul edilib.
Şuranın məlumatına görə, fond Avropa İttifaqına hərbi texnika və təlimlər vasitəsilə Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını dəstəkləmək imkanı verəcək.
Qeyd edək ki, 2022-ci ilin fevralında Rusiya Ukraynaya qarşı hərbi təcavüzə başlayandan bəri Aİ Kiyevə 138 milyard avrodan çox yardım edib ki, bunun da 28 milyard avrosu hərbi dəstək üçün ayrılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:48]
Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]