“AirBaltic” aviaşirkəti Milan və Veronaya uçuşları təxirə salacaq
Riqa, 10 mart, AZƏRTAC
Latviyanın “AirBaltic” aviaşirkəti yeni koronavirus epidemiyası səbəbilə Milana və Veronaya olan bütün uçuşları aprel ayının sonunadək təxirə salacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə aviaşirkətin nümayəndəsi bildirib.
O qeyd edib ki, uçuşları ləğv etmək barədə qərar Latviyanın Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinin Şimali İtaliyaya − COVID-19 epidemiyasının geniş yayıldığı bölgəyə getməməklə bağlı tövsiyəsindən sonra qəbul olunub.
Latviyada koronavirusa yoluxan sonuncu qadın pasiyent “AirBaltic” aviaşirkətinə məxsus təyyarə ilə Milandan Riqaya qayıdıb.
Qeyd edək ki, İtaliya hökuməti COVID-19 koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə ölkənin şimalında karantin elan edib.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]