Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik Zərifə Əliyeva elmin, şəfqətin və fədakarlığın rəmzidir

Akademik Zərifə Əliyeva elmin, şəfqətin və fədakarlığın rəmzidir

Bakı, 15 aprel, AZƏRTAC

Azərbaycan tibb elminin inkişaf tarixində xüsusi yer tutan akademik Zərifə Əliyeva həm alim, həm həkim, həm də yüksək mənəvi keyfiyyətləri ilə seçilən ictimai xadim kimi yadda qalıb. Onun həyat və fəaliyyəti yalnız bir elmi istiqamətin inkişafı ilə məhdudlaşmayıb, bütövlükdə ölkənin səhiyyə sisteminin formalaşmasına və milli kadr potensialının güclənməsinə mühüm töhfələr verib.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. Aprelin 15-nin akademikin anım günü olduğunu qeyd edən deputat bu tarixin zəngin irsin yenidən dəyərləndirilməsi baxımından əhəmiyyətli olduğunu söyləyib: “Zərifə Əliyevanın Azərbaycan Tibb İnstitutunda aldığı fundamental biliklər onun gələcək elmi fəaliyyətinin əsasını qoyub. O, hələ tələbəlik illərindən etibarən tibb sahəsində ixtisaslaşma yolunu seçib. 1947-ci ildə institutu əla qiymətlərlə bitirən gənc həkim qısa müddət ərzində elmi-tədqiqat fəaliyyətinə qoşularaq oftalmologiya sahəsində özünü təsdiq etməyə başlayıb. Zərifə Əliyevanın elmi fəaliyyətinin mühüm istiqamətlərindən biri XX əsrin ortalarında Azərbaycanda geniş yayılmış traxoma xəstəliyinə qarşı mübarizə olub. Bu infeksion xəstəlik yalnız tibbi deyil, həm də sosial problem kimi cəmiyyət üçün ciddi təhlükə yaradırdı. Alimin təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən kompleks profilaktik və müalicə tədbirləri nəticəsində traxoma tədricən aradan qaldırılıb, ölkə bu ağır xəstəlikdən xilas edilib. Onun sintomisinlə müalicə metoduna dair elmi əsaslandırmaları praktik səhiyyədə geniş tətbiq olunaraq mühüm nəticələr verib. Alimin tədqiqatları yalnız traxoma ilə məhdudlaşmayıb. Qlaukoma, görmə orqanının iltihabi xəstəlikləri, virus mənşəli göz patologiyaları və peşə xəstəlikləri kimi aktual problemləri də əhatə edib. Xüsusilə kimya sənayesi işçilərində görmə orqanının zədələnməsinə dair apardığı fundamental araşdırmalar onu bu sahədə qabaqcıl alimlərdən birinə çevirib. Moskvanın nüfuzlu elmi mərkəzində müdafiə etdiyi doktorluq dissertasiyası oftalmologiyada yeni istiqamətin, peşə patologiyasının elmi əsaslarının formalaşmasına töhfə verib”.

Mehriban Vəliyeva vurğulayıb ki, görkəmli oftalmoloq-alim Zərifə Əliyeva minlərlə xəstəyə şəfa verib, mürəkkəb cərrahi əməliyyatlar həyata keçirib: “Onun fəaliyyəti yalnız paytaxtla məhdudlaşmayıb. Regionlarda xəstəlik ocaqlarının araşdırılması, yerli həkimlərin maarifləndirilməsi və əhalinin tibbi xidmətlərə çıxışının yaxşılaşdırılması istiqamətində geniş miqyas alıb. Xüsusilə uşaq evlərində yayılan traxomanın qarşısının alınmasında göstərdiyi xidmətlər onun humanist missiyasının bariz nümunəsidir. Akademik Zərifə Əliyevanın elmi irsi olduqca zəngindir. O, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifi və həmmüəllifi olub. “Terapevtik oftalmologiya”, “Herpetik göz xəstəliyi”, “Ağır virus konyunktivitləri” kimi əsərləri bu gün də mütəxəssislər üçün mühüm elmi mənbə olaraq qalır. Onun elmi fəaliyyətinə verilən yüksək qiymətin göstəricisi kimi 1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülməsi xüsusi qeyd olunmalıdır. Zərifə Əliyeva, eyni zamanda, yüksəkixtisaslı tibbi kadrların hazırlanmasına böyük əmək sərf edib. Onun rəhbərliyi altında formalaşan gənc alimlər və həkimlər nəsli bu gün də Azərbaycan səhiyyəsinin inkişafında fəal rol oynayır. O, həkim peşəsinin etik və mənəvi tərəflərinə xüsusi önəm verərək, “Yüksək etimad” əsərində bu məsələləri geniş şəkildə şərh edib”.

Deputat vurğulayıb ki, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən Zərifə Əliyeva ölkə tarixində bu ada layiq görülən ilk qadın oftalmoloq-alim kimi mühüm bir mərhələnin əsasını qoyub: “Onun elmi və ictimai fəaliyyəti respublikanın elmi potensialının gücləndirilməsinə, səhiyyə sisteminin modernləşdirilməsinə və beynəlxalq elmi əlaqələrin inkişafına xidmət edib. Akademik Zərifə Əliyevanın şəxsiyyəti yalnız elmi nailiyyətləri ilə deyil, həm də yüksək mənəvi keyfiyyətləri ilə seçilirdi. Ulu Öndər Heydər Əliyevin də vurğuladığı kimi, o, mərhəmət, xeyirxahlıq və humanizm kimi ali dəyərləri özündə birləşdirən nadir insanlardan idi. Prezident İlham Əliyevin fikirlərində də onun həm alim, həm ana, həm də insan kimi bütöv və nümunəvi obrazı aydın şəkildə əks olunur. 1985-ci il aprelin 15-də dünyasını dəyişən görkəmli alim bu gün də Azərbaycan xalqının yaddaşında yaşayır. Onun adını daşıyan Milli Oftalmologiya Mərkəzi ölkədə oftalmoloji xidmətlərin inkişafında aparıcı rol oynayır və alimin zəngin elmi irsinin davam etdirilməsinin bariz nümunəsidir. Akademik Zərifə Əliyevanın həyat yolu və fəaliyyəti göstərir ki, elmə sədaqət, peşəkarlıq və insanlara xidmət prinsipi bir araya gəldikdə cəmiyyət üçün böyük dəyərlər yarana bilər. Onun irsi Azərbaycan səhiyyəsinin inkişaf strategiyasında mühüm yer tutmaqla yanaşı, gələcək nəsillər üçün də örnək olaraq qalır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır

Şəki-Zaqatala bölgəsi üzrə VI sinif şagirdləri üçün monitorinqdə 7209 məktəbli iştirak edib

Misir Aİ-dən maliyyə və iqtisadi dəstək paketinin icrasının sürətləndirilməsini istəyir

İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib

İsveç nəşrində Azərbaycan səfirinin Şimali Avropa ilə Cənubi Qafqaz arasında ətraf mühit sahəsində əməkdaşlıq barədə məqaləsi dərc olunub

Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB

İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib

Ziyarətçilər ilk dəfə Obamanın Çikaqodakı yeni prezident kitabxanası ilə tanış olublar

Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub

Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib

Bu saata olan əsas xəbərlər

Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Qubanın ucqar kəndlərinə dolu yağıb VİDEO

Günəş Tegin: Səməd Vurğunun məşhur “Aygün” poeması dərin məzmunu ilə hər zaman diqqətimi cəlb edir

Azərbaycan və Moldova arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq genişləndirilir

XİN-dən son məlumat: Azov dənizində dron hücumları ilə bağlı ölənlərin və yaralananların sayı açıqlandı

Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir

Akademik Rasim Əliquliyev: Milli kibertəhlükəsizliyin əsas hədəflərindən biri də insan hüquqlarının təmin olunmasıdır

Kolumbiya Xarici İşlər Nazirliyi seçki prosesinə xarici müdaxilə cəhdlərini rədd edib

Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Azərbaycan İstanbulda keçirilən Sıfır Tullantı Forumunda geniş təmsil olunur VİDEO

Faktiki hava: Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur

May ayında ölkədə maksimal temperatur Kürdəmirdə, minimal temperatur isə Şahdağda qeydə alınıb

Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib

XİN: Azov dənizindəki dron hücumunda xəsarət alan Azərbaycan vətəndaşlarına konsulluq dəstəyi göstərilir

Qusarlı oxucular üçün müxtəlif mövzularda və dillərdə kitablar, yeni nəşrlər sərgilənib

MDU-nun rektoru: Yaşıl gələcək dövlət siyasətinin, elm və təhsilin ortaq strateji nəticəsidir

Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar

Nazir: Azərbaycan kənd təsərrüfatı dəyər zənciri boyunca kompleks tədbirlər həyata keçirir

Türkiyənin Qars Barosu və Eskişehir Barosunun nümayəndə heyətləri Azərbaycanda səfərdədir

Türkiyə sərhəd bölmələri termal kameralarla təchiz olunmuş yüzlərlə dronla təchiz edilib

Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb

Zaqatalalı fermerlər Dövlət Proqramından irəli gələn məsələlərin uğurlu icrasına töhfələrini verəcəklər

Xəzər Süleymanlı: Azərbaycan poeziyasına həsr olunan tədbirlərin keçirilməsi sevindirici haldır

Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib

Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur

Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək

Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib

Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub

Azərbaycan və Türkmənistan arasında mədəni platformalar çərçivəsində əməkdaşlığın inkişafı müzakirə edilib

Aİ komissarı üzv ölkələri sərhəd nəzarətini mərhələli şəkildə ləğv etməyə çağırıb

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Cəlilabadda 18 kiloqram narkotik aşkarlanıb VİDEO

Əməkdar artist: Səməd Vurğunun zəngin ədəbi irsi yaşadıqca, adı da daim yaşayacaq

"Şamaxı" legioner futbolçu ilə vidalaşıb

Naxçıvanda Vl siniflər üzrə monitorinqdə 5 minə yaxın şagird iştirak edib FOTOLAR

Macarıstanda aztəminatlı ailələrdən tamamlanmamış layihələrə görə milyonlarla forint geri tələb oluna bilər

Vüqar Hacıyev: Yaradıcılıq gecəsində Vaqif obrazını canlandırmaq mənə xüsusi fəxr hissi yaşatdı

Küveyt Beynəlxalq Hava Limanı müvəqqəti məhdudiyyətdən sonra uçuşları bərpa edib

PUA hücumu nəticəsində Livan generalı ölüb

İcraçı vitse-prezident: Xəzər dənizinin ətrafında avtomobillərin festivalı maraqla qarşılanıb

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

Naxçıvanda taxıl biçininə başlanılıb VİDEO

“Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri” - KONFRANS

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib

Binədə mağazada yanğın baş verib VİDEO

Binədə mağazada yanğın baş verib VİDEO

Qardabanidə məktəbliləri aparan mikroavtobus qəzaya uğrayıb

ABŞ Məzunları Sərgisində 45-dən çox ABŞ universiteti və təhsil təşkilatları təmsil olunub

Prezident Sərdar Berdiməhəmmədov Türkmənistanın qardaş Azərbaycanla əməkdaşlığın inkişafına sadiq qaldığını bildirib

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Bakı bulvarında klassik və sürət avtomobillərinin festivalı keçirilir VİDEO

Azərbaycan Qazaxıstanda keçirilən “AI Leaders 2026” proqramında iştirak edib

Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı

QHT-lərə Dövlət Dəstəyi Agentliyi İstanbulda Sıfır Tullantı Festivalında təmsil olunur

Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramının məzunları ilə görüşüb

Bu saata olan əsas xəbərlər

Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib

Naxçıvanda iyun ayının pensiyaları ödənilib

Azərbaycan Mədəniyyəti Günləri: Aşqabadda qala-konsert təşkil edilib

Türkmənistanda Müstəqillik Günü və Azərbaycanın Mədəniyyət Günləri qeyd olunub

İsveçin Kralı Əlahəzrət XVI Karl Qustava

® Mərkəzi Gömrük Hospitalında “Səhiyyədə Peşəkar Davranış: Tibbi etika, deontologiya və effektiv komanda əməkdaşlığı” mövzusunda seminar keçirilib

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Aşqabadda Səməd Vurğun sorağı

Ölkədə qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası ilk dəfə Ağstafada istifadəyə verilib

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıb

Aşqabadda Əcəmi Naxçıvaninin 900 illiyi qeyd olunub

Azərbaycan nefti 99 dollara satılır

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

Göyçayda taxıl biçininə başlanılıb VİDEO

“Politico”: NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardımı müzakirə edir

Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib

Şəkidən Karaqandaya: diplomatiya yolunu seçən azərbaycanlı tələbənin hekayəsi

“Axios”: Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirib

NYT: ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçidinə yardım edib

Kuril adaları yaxınlığında 5 bal gücündə zəlzələ baş verib

ABŞ Prezidenti: İran raket arsenalının 21-22 faizini qoruyub saxlayır

Tədqiqat: Manqrov meşələri bərpa olunur

Türkiyənin Rəqabət Şurası “Meta” şirkəti ilə bağlı araşdırmaya başlayıb

Tramp: İran məsələsini çox tez bir zamanda həll etməliyik

ABŞ qüvvələri İranın Goruk və Qeşm adasındakı radar məntəqələrinə zərbələr endirib

İsveçdə seçkilər ərəfəsində miqrasiya mövzusu yenidən ön plana çıxır

Pentaqon: Avropa təhlükəsizliyi üçün daha çox məsuliyyət daşımalıdır

HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Misirə gəlib

Almaniya və Fransa liderləri Avropa İttifaqının tezliklə genişləndirilməsinin tərəfdarıdırlar

ABŞ İran futbolçularına Dünya Kuboku üçün viza verib

Türkmənistanda “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı olub

Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub

Qəbələdə fermerlər və kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş olub

Qara dənizdə Türkiyə bayrağı altında üzən balıqçı gəmisinə hücum olub: 1 ölü, 4 yaralı

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Televiziyamızın unudulmaz siması – Ofeliya Sənani VİDEO

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib