Albaniya NATO-nun Kosovodakı qüvvələrində şəxsi heyətinin sayını artıracaq
Belqrad, 17 noyabr, AZƏRTAC
Albaniya gələn il NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələrində (KFOR) şəxsi heyətinin sayını artıracaq.
AZƏRTAC xəbər verir ki, bunu Albaniyanın Kosovodakı səfiri Petrit Malay KFOR-un türkiyəli komandanı general-mayor Özkan Ulutaşla görüşdə deyib.
KFOR-un paytaxt Priştinadakı əsas qərargahında keçirilən görüşdə Kosovodakı təhlükəsizlik vəziyyəti müzakirə olunub. Albaniyanın KFOR-u dəstəkləməyə davam edəcəyini deyən səfir vurğulayıb ki, Kosovo ilə Serbiya arasında münasibətlərin normallaşmasının yeganə yolu dialoqdur.
Qeyd edək ki, 1999-cu il iyunun 12-də Kosovoda fəaliyyətə başlayan KFOR-un şəxsi heyətində 27 ölkədən ümumilikdə 4500-dən çox hərbi personal var. Albaniyanın sülhməramlı qüvvələrin tərkibində 89 hərbi qulluqçusu xidmət edir.
Bu il oktyabrın 10-da KFOR-un komandanlığı Türkiyəyə keçib. Sülhməramlı qüvvələrə ilk dəfə rəhbərlik edən Türkiyə KFOR-dakı hərbçilərin sayına görə ikinci yerdədir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [13:26]
Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib
- 05.10.2026 [13:16]
Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq
- 05.10.2026 [13:08]
Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub
- 05.10.2026 [12:57]
Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib
- 05.10.2026 [12:44]