Aleksandru Giboi: Şuşada Beynəlxalq Media Forumu yüksək səviyyədə təşkil olunub
Bakı, 22 iyul, AZƏRTAC
Şuşada Beynəlxalq Media Forumu yüksək səviyyədə təşkil olunub. Forumun təşkilinə və dəvətə görə AZƏRTAC-a və Medianın İnkişafı Agentliyinə təşəkkür edirəm.
Bu fikri Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Aleksandru Giboi AZƏRTAC-a açıqlamasında deyib.
Media nümayəndələrinin qəbul olunmuş normalara - media etikasına əməl etmələrinin vacibliyini vurğulayan qonaq deyib: “Medianın insan həyatında müəyyən trendlərin ortaya çıxmasında vacib rolu var. Media etikası KİV-i dağıdıcı xarakter almaqdan qoruyur. Etik davranışlar olmadan mediadan hər hansı sosial məsuliyyət gözləmək mümkün deyil. Tələbələrin jurnalistika ilə bağlı təhsil almaları, media savadlılığının artırılması önəmlidir. Gənclər bu barədə maarifləndirilməlidir. Jurnalistikanın böyük gücə malik olduğunu onlara göstərmək lazımdır. Gənclər bunun əhəmiyyətini anladıqca biləcəklər ki, onlar cəmiyyətə təsir göstərə bilərlər. Bunun üçün isə media etikasına riayət etmək lazımdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [13:38]
Azərbaycan səfiri etimadnaməsini Qazaxıstan Prezidentinə təqdim edib
- 18.08.2026 [13:43]
Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb
- 17.08.2026 [17:33]
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci ildönümü qeyd edilib
- 15.08.2026 [15:17]