Ali Məhkəmənin elmi-məsləhət şurasının iclasında hüquqşünaslara müraciət edilib
Bakı, 3 iyun, AZƏRTAC
Ali Məhkəmə Plenumunun 2023-cü il 19 may tarixli qərarı ilə Ali Məhkəmənin yanında Elmi-məsləhət şurasının yeni tərkibi təsdiq edilib.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, elmi-məsləhət şurasının əsas fəaliyyəti Ali Məhkəmənin Plenumuna məhkəmə təcrübəsində qarşıya çıxan problemlərin müzakirəsi, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı elmi məsləhətlərin aparılması və hüququn inkişafına dair təkliflərin hazırlanmasına kömək göstərməkdir.
Elmi-məsləhət şurasının ilk iclasının iyunun 23-də keçirilməsi planlaşdırılır. İclasda “Əmlak münasibətlərində vicdanlı alıcı” mövzusu üzrə müzakirələr təşkil olunacaq.
Müzakirə ediləcək mövzuların əhəmiyyətini nəzərə alaraq, Ali Məhkəmə qeyd olunan mövzular üzrə hüquqşünas ekspertlərin ad-hoc üzv kimi elmi-məsləhət şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka dəvət edir.
Bu qeyd olunan mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən hüquqşünas ekspertlərin iyunun 9-dək bu elektron ünvana [email protected] müraciət etmələri (CV əlavə olunmaqla) xahiş olunur. Elmi-məsləhət şurası tərəfindən seçiləcək namizəd ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət olunacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [10:22]
Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO
- 15.06.2026 [08:30]
Böyük Qayıdışdan Qurtuluşa aparan yol
- 14.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 14.06.2026 [19:28]
Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib
- 14.06.2026 [19:10]
FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb
- 14.06.2026 [18:32]