Ali Radanın deputatı: 2018-ci ildə Azərbaycan və Ukrayna müttəfiqliyi daha da dərinləşəcək
Kiyev, 20 dekabr, AZƏRTAC
Azərbaycan ilə Ukrayna arasında strateji müttəfiqlik münasibətləri durmadan möhkəmlənir və genişlənir. 2017-ci ili də iki ölkə arasında əməkdaşlığın dərinləşməsi baxımından uğurlu il hesab etmək olar.
Bu fikri AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna Ali Radasının deputatı Natalya Veselyova deyib.
Onun sözlərinə görə, rəsmi Bakı və Kiyev bütün proseslərdə bir-birinə qarşı strateji müttəfiq kimi çıxış edir.
“İnanıram ki, 2018-ci ildə Azərbaycan və Ukrayna müttəfiqliyi daha da dərinləşəcək, ticari dövriyyəmiz artacaq. Bunun üçün hər iki ölkənin potensialı mövcuddur”, - deyə ukraynalı deputat əlavə edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev