“Alibaba” kompaniyasının qurucusu Cek Ma Asiyanın ən varlı insanı olub
Bakı, 10 mart, AZƏRTAC
Çinin “Alibaba” kompaniyasının qurucusu Cek Ma Asiyanın ən varlı insanı olub.
AZƏRTAC bu barədə Bloomberg agentliyinə istinadla xəbər verir.
Hindistanın “Reliane Industries” holdinqinin sahibi Mukeşa Ambani neft qiymətlərinin kəskin ucuzlaşmasından sonra Asiyanın ən varlı insanları siyahısında ikinci yerə enib. Agentlik Cek Manın varidatını 44,5 milyard dollar həcmində qiymətləndirib ki, bu da Ambaninin sərvətindən 2,6 milyard dollar çoxdur. Ambani sutka ərzində 5,8 milyard dollar, Cek Ma isə 1 milyard dollar itirib.
Əsası 1999-cu ildə Cek Ma tərəfindən qoyulan “Alibaba” Çinin ən iri internet kompaniyasıdır. Qrup Alibaba Pictures, Alibaba.com, AliExpress.com, Taobao.com, Tmall.com kimi bir neçə törəmə kompaniyanın və internet platformanın da sahibidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]