ALİYƏ QARAYEVA DÜNYA KUBOKU YARIŞLARINDA BÜRÜNC MEDAL QAZANMIŞDIR
Bakı, 20 aprel (AZƏRTAC). Azərbaycan bədii gimnastikasının lideri Aliyə Qarayeva Portuqaliyanın Portiman şəhərində keçirilən Dünya Kuboku yarışlarında bürünc medal qazanmışdır. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti xəbər verir ki, A.Qarayeva finalda ip ilə hərəkətləri daha yaxşı yerinə yetirərək, 26.275 bal qazanmışdır.
A.Qarayeva lent və halqa ilə hərəkətlərin finalında, müvafiq surətdə, 8-ci və 9-cu yerləri, çoxnövçülükdə isə 12-ci yeri tutmuşdur. 49 iştirakçının mübarizə apardığı turnirdə ölkəmizi təmsil etmiş digər gimnastlar Anna Qurbanova və Samirə Mustafayeva çoxnövçülükdə, müvafiq olaraq, 14-cü və 30-cu nəticə göstərmişlər.
Azərbaycanın yaşlı idmançılardan ibarət qrup komandası gimnastika hərəkətlərinin hər bir növündə (halqa ilə çıxış edən 5, lentlə çıxış edən 3 və ip ilə çıxış edən 2 idmançı) 9-cu yeri tutaraq, final səkkizliyindən cəmi bir addım məsafədə mübarizəni dayandırmalı olmuşlar. Bu, komandamızın keçənilki Olimpiadadan sonra yeni heyətlə ilk çıxışı idi.
Portimanda Dünya Kuboku mərhələsi ilə paralel, yeniyetmələrdən ibarət qrup komandalarının turniri də keçirilmişdir. Seçmə mərhələdən uğurla keçərək finala çıxmış Azərbaycan kollektivi 5 lent ilə hərəkətin yekununa görə 20,8 bal toplayaraq 7-ci yeri tutmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]