ALMAN DİRİJORU BAKIDA
Martın 17-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti olacaqdır.
Simfonik orkestrin direktoru Nazim Quliyev AZƏRTAC-ın müxbirinə demişdir ki, bu konsertə Almaniyadan gəlmiş maestro Pyer Domenik Ponelli dirijorluq edəcəkdir. Konsertin proqramına İohan Ştrausun “Yarasa” operasından uvertüra, Qara Qarayevin “Yeddi gözəl “ baletindən süita, Lüdviq Van Bethovenin 4-cü simfoniyası daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:49]
İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi
- 29.09.2026 [20:37]