ALMAN TƏRƏFDAŞLARIN DAHA BİR HƏDİYYƏSİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, almaniyalı tərəfdaşlar bu günlərdə sumqayıtlılara daha bir hədiyyə vermişlər. Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin Bakıdakı ofisinin həyata keçirdiyi “Almaniya və Qafqazın tərəfdaş şəhərləri arasında əməkdaşlıq” layihəsi çərçivəsində “Siemens” firmasının ən müasir kardioqram aparatının Sumqayıtdakı uşaq xəstəxanasına verilməsi mərasimi keçirilmişdir.
Almaniyalı tərəfdaşlar əvvəllər də uşaq xəstəxanasına bahalı tibb avadanlığı bağışlamışlar.