ALMAN ZİYALILARI GÜNTER QRASSI TƏNQİD EDİRLƏR
O, müsahibəsində demişdir ki, çağırışla 17 yaşında SS hissələrində xidmət etmiş, lakin onda təqsirkarlıq hissi aradan çox-çox illər ötdükdən sonra baş qaldırmışdır. “Tənəkə təbil” adlı antifaşist romanının müəllifi həmçinin bildirmişdir ki, müharibə dövründə sualtı qayıqda xidmət etmək istəmiş, amma 15 yaşı olduğuna görə rədd cavabı almış, iki ildən sonra SS qoşunlarında xidmətə çağırılmışdır.
Almaniya qəzetlərinin bazar günü buraxılışları jurnalistlərin və mədəniyyət xadimlərinin şərhləri ilə çıxmışdır. Məsələn, “Bild” qəzetinin köşəyazarı Helmut Bogerin fikrincə, bu cür etiraf onun öz kitabı üçün uğursuz reklamdan başqa bir şey deyildir. Jurnalist yazır: “Bu etirafdan sonra da Qrass görkəmli alman yazıçısı olaraq qalır. Buna baxmayaraq, o, mənəvi nüfuza malik xadim hesab edilmək hüququnu itirdi. Onu SS-də xidmətə görə qınamaq olmaz. Pislənilməli bir fakt varsa, o da budur ki, Qrass 60 il ərzində bizə yalan satmışdır”.
Yazıçının bioqrafiyasının müəllifi Mixael Yureqs bildirmişdir ki, Qrassın hərəkəti onu çox məyus etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]