Almaniya Bundestaqının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycanda rəsmi səfərdə olan Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə işçi qrupunun sədri Mirze Edisin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 29-da Şəhidlər xiyabanını ziyarət edib.
AZƏRTAC xəbər verir ki, qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçərək şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.
Müxbir - Səbinə Əlizadə
Fotoqraf - Aydın Məmmədov