ALMANİYA İNSTİTUTU YARADICI ƏLİLLƏRƏ KÖMƏK EDİR
Almaniya Xalq Universitetləri Birliyi Beynəlxalq Əməkdaşlıq İnstitutunun ( BƏİ) ölkəmizdəki milli əlaqələndiricisi Fuad Muradov AZƏRTAC-ın müxbirinə demişdir ki, 2002-ci ilin oktyabr ayından BƏİ “Yaradıcı Qadınlar Assosiasiyası” ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində bir qrup əlillər üçün yaradıcı sənətlər üzrə (keramika,suvenirlər,toxuma, qurama, xalçaçılıq) kurslar təşkil olunmuşdur.Tam şəkildə BƏİ tərəfindən maliyyələşən bu kursları “ Yaradıcı Qadınlar Assosiasiyası” həyata keçirmişdir. Layihənin məqsədi ondan ibarətdir ki,əlil insanlar öhdəsindən gələ biləcəyi sənətə yiyələnib qazanc əldə etməklə öz sosial vəziyyətlərini yaxşılaşdırmaq üçün imkan əldə etsinlər.
Kurslar başa çatdıqdan sonar əl işlərinin satış sərgisi təşkil olunmuş və bütün vəsaitlər əlillərin fondlarına köçürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]