ALMANİYADA AZƏRBAYCANIN AVROPADA LOBBİÇİLİYİNİN GÜCLƏNDİRİLMƏSİNƏ HƏSR OLUNMUŞ FORUM KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, iyulun 4-dən 11-dək Almaniyanın Frayburq şəhərində Azərbaycanın Avropada lobbiçiliyinin gücləndirilməsinə həsr olunmuş Yay Forumu keçiriləcəkdir. Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) Strasburq filialının təşkil etdiyi tədbirin əsas məqsədi xarici ölkələrdə, xüsusən də Avropada yaşayan azərbaycanlıları daha sıx birləşdirmək, lobbiçiliyi inkişaf etdirməkdir.
Bir həftə davam edəcək Forum çərçivəsində Azərbaycanın Avropada və dünyada lobbiçiliyinin gücləndirilməsində kütləvi informasiya texnologiyalarından istifadə mövzusunda təlim kursları keçiriləcək, sonda iştirakçılara sertifikatlar veriləcəkdir. Eyni zamanda azərbaycanlı tələbələrin sosial fəaliyyətinin artırılması barədə fikir mübadiləsi aparılacaq, yarışlar, əyləncəli proqramlar təşkil olunacaqdır.
Yay Forumunun iştirakçıları, həmçinin Fransanın və Almaniyanın tarixi və mədəniyyət abidələri ilə tanış olacaqlar.
Tədbirdə iştirak etmək istəyənlər [email protected] elektron ünvanına müraciət edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]