Almaniyada Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı diskussiya təşkil edilib
Berlin, 14 aprel, AZƏRTAC
Almaniya Türk Ocağı təşkilatının təşəbbüsü ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair diskussiya təşkil olunub. Təşkilatın Köln Ehrenfelddə yerləşən ofisində keçirilən müzakirələrdə Alman Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru, Dünya Azərbaycanlıları Assambleyasının təşəbbüs qrupunun rəhbəri Rəşad Quliyev də iştirak edib.
Tədbiri giriş sözü ilə açan Burak Murat Görmez son zamanlar Dağlıq Qarabağ bölgəsində baş verən hadisələrin hər kəs kimi onları da narahat etdiyini, Azərbaycan torpaqlarının işğalının davam etdiyini bildirərək deyib: “Bu məsələyə biganə qalmağımız mümkün deyildi. Bu, bizi ciddi narahat edir”.
Rəşad Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, ağır nəticələrindən danışıb. Bildirib ki, bu problemə ədalətli və hüquqi mənada düzgün yanaşılmasa, onu həll etmək mümkün olmayacaq.
Müzakirələr zamanı ermənilərin Xocalıda törətdikləri vəhşiliklərə də toxunulub. Onların beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrə məhəl qoymadığı diqqətə çatdırılıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:49]
Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]