ALMANİYADA FƏALİYYƏT GÖSTƏRƏN AZƏRBAYCAN DİASPOR TƏŞKİLATLARININ MƏŞVƏRƏT ŞURASI YARADILMIŞDIR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bu münasibətlə Maynts şəhərində təntənəli tədbir keçirilmişdir.
Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov çıxış edərək, ölkələrimiz arasında münasibətlərin bugünkü səviyyəsi barədə məlumat vermişdir. Səfir bildirmişdir ki, Almaniyanın Azərbaycana marağı getdikcə artır və bütün sahələrdə əməkdaşlıq genişlənir. Bu günlərdə Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Almaniya Enerji Forumu da əməkdaşlığın daha bir təzahürüdür.
Tədbirdə iştirak edən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Azərbaycan diasporunun hazırki vəziyyəti barədə məlumat vermiş, Almaniyadakı diaspor təşkilatlarımızın Dövlət Komitəsi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirmişdir. Nazim İbrahimov Məşvərət Şurasının Dövlət Komitəsi tərəfindən dəstəklənəcəyini qeyd etmişdir.
Sonda Məşvərət Şurasında birləşən diaspor təşkilatları birgə bəyanat qəbul etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]