Almaniyada koronavirusun ilk qurbanları qeydə alınıb
Bakı, 10 mart, AZƏRTAC
Almaniyanın Essen və Hamburq şəhərlərində koronavirus xəstəliyinə yoluxan iki nəfər dünyasını dəyişib.
AZƏRTAC Almaniyanın www.tagesschau.de saytına istinadla xəbər verir ki, bununla da Almaniyada koronavirusa yoluxma səbəbindən ilk ölüm faktı qeydə alınmış oldu. Şiddətli ağ ciyər iltihabından müalicə olunan 89 yaşlı qadını xilas etmək mümkün olmayıb və onda adı çəkilən virus keçən həftənin şənbə günü müəyyən edilib.
Koronavirusdan ölən digər şəxs isə Almaniyanın Hamburq şəhərində məskunlaşmış 59 yaşlı əslən Misirdən olan kişidir. Eyni patologiya ilə xəstəxanaya yerləşdirilən şəxs görülən profilaktik tədbirlərə baxmayaraq dünyasını dəyişib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]