Almaniyada tramvayla yanacaq tankerinin toqquşması nəticəsində ölən və xəsarət alanlar var
Berlin, 11 mart, AZƏRTAC
Almaniyanın Baden-Vürtemberq əyalətində tramvay ilə yanacaq tankeri toqquşub.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, dəmir yolu keçidində baş verən ağır qəza nəticəsində 1 nəfər həlak olub, 4 nəfər xəsarət alıb.
Toqquşmadan sonra güclü yanğın baş verib. Hadisə yerinə 60-dan çox yanğınsöndürən və xilasedici heyət və helikopter cəlb olunub. Tramvaydakı sərnişinlər və xəsarət alanlar təxliyə ediliblər. Hadisə nəticəsində tramvay və tanker tamamilə yanaraq yararsız vəziyyətə düşüb.
Qəzanın səbəbləri araşdırılır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]