Almaniyada xüsusi mühəndis qurğusu vasitəsilə bir kilometrlik körpünün yeri dəyişdirilib
Berlin, 10 mart, AZƏRTAC
Bu günlərdə Almaniyanın Şimali Reyn-Vestfaliya federal torpağında bir kilometr uzunluğunda körpünün yeri xüsusi quraşdırılmış mühəndis qurğusunun köməyi ilə dəyişdirilib.
AZƏRTAC xəbər verir ki, bu nadir əməliyyat ilbiz sürəti ilə hərəkət edən superağır nəqliyyat vasitəsilə həyata keçirilib. Hagen şəhəri yaxınlığında yerləşən 45-ci federal magistral yolundakı Lennetal körpüsü nəhəng xizək üzərində təxminən 20 metr məsafəyə sürüşdürülüb. 30 min ton çəkisi olan körpü Eyfel qülləsindən üç dəfə ağırdır.
Vestfaliya avtobanlar idarəsinin məlumatına görə, nəhəng körpü qeyri-adi super ağır yük teflon plitələrində xüsusi sürtkü ilə gün ərzində bir neçə santimetr sürüşdürülərək yeni yerinə köçürülüb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:16]
ABŞ rəsmiləri və İran nümayəndə heyəti arasında görüş olub
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]