Almaniyanın Azad Demokratlar Partiyasının yeni sədri seçilib

Berlin, 16 may, AZƏRTAC
Almaniyanın Azad Demokratlar Partiyasının (FDP) yeni sədri vəzifəsinə Xristian Dürr seçilib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, seçkilərdə yeganə namizəd olan X.Dürr partiyanın Berlində keçirilən qurultayında səslərin 82 faizini toplayıb. O, 614 səsdən 505-ni alaraq partiyanın sədri seçilib. X.Dürr bununla da 11 il ərzində partiyaya rəhbərlik etmiş Xristian Lindneri əvəzləyib.
Çıxışında partiyanın növbəti seçkilərdə yenidən Bundestaqa daxil olmasına çalışacağını vurğulayan X.Dürr FDP-də təşkilati islahatların aparılacağını və yeni proqramın hazırlanacağını bildirib. O, partiyanın prinsiplərinə sadiq qalacağını vurğulayaraq, sağa meyillənmək çağırışlarını rədd edib. Onun liderliyi altında partiyanın ilk sınağı 2026-cı ilin martında Baden-Vürtemberqdə keçiriləcək yerli seçkilər olacaq.
Xatırladaq ki, Almaniyada fevralın 23-də keçirilmiş növbədənkənar parlament seçkilərində 4,3 faiz səs toplayan FDP-nin Bundestaqa daxil ola bilməməsindən sonra X.Lindner istefa vermişdi. Hazırda FDP Almaniyanın 16 federal əyalətinin 8-də təmsil olunur.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.06.2025 [17:30]
Yaponiyada inflyasiyanın səviyyəsi son iki ilin rekord həddinə çatıb
- 21.06.2025 [17:20]
Aleksandr Vuçiç: Rəqəmsal ordu yaradırıq
- 21.06.2025 [17:16]
Belqradda Avropa Ravvinləri Konfransı keçiriləcək
- 21.06.2025 [17:06]
Muzdlu silahlı dəstə Nigerdə 14 hərbçini qətlə yetirib
- 21.06.2025 [16:54]
Gürcüstan vətəndaşları İsraili tərk edirlər
- 21.06.2025 [16:32]