Almaniyanın “Diplomat Magazine” jurnalında Azərbaycanla bağlı məlumat dərc edilib
Berlin, 14 iyun, AZƏRTAC
Almaniyanın “Diplomat Magazine” jurnalında Azərbaycanın bu ölkədəki səfiri Ramin Həsənovun Türingen federal torpağına səfərinə dair məlumat dərc edilib. Səfər çərçivəsində diplomatın Türingen federal torpağının Baş Naziri Bodo Ramelov, landtaqın Prezidenti Birgit Dizel və Erfurt şəhərinin meri Andreas Bauzevaynla görüşlər keçirdiyi bildirilir. Görüşlərdə ikitərəfli münasibətlərin səviyyəsinin, iqtisadiyyat, təhsil, mədəniyyət kimi sahələrdə Azərbaycanla Türingen federal torpağı arasında gələcək əməkdaşlıq imkanlarının müzakirə edildiyi qeyd olunur. R.Həsənovun ölkəmizin xarici siyasəti, Almaniya ilə münasibətləri, beynəlxalq səviyyədə ölkələrimiz arasında ikitərəfli əməkdaşlıq, habelə Azərbaycanın Almaniyanın və bütövlükdə Avropa İttifaqının enerji təhlükəsizliyinə töhfəsi haqqında məlumat verdiyi bildirilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]