ALMANİYANIN KÖNİQŞTAYN ŞƏHƏRİNDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GECƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Frankfurtdakı Azərbaycan Cəmiyyəti və Köniqştayn şəhərinin Əcnəbilər ilə İş üzrə Komitəsi mayın 12-də şəhərin bələdiyyə salonunda Azərbaycan mədəniyyəti gecəsi keçirmişdir.
Tədbirin açılışında Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşı Rizvan Nəbiyev Azərbaycanın neft siyasəti, ölkəmizdə hüquqi dövlət quruculuğu, iqtisadiyyatın inkişafı haqqında məruzə etmişdir.
Azərbaycanda demokratiyanın inkişafı istiqamətində böyük addımlar atıldığını və iqtisadiyyatın sürətli tərəqqisini diqqətə çatdıran R.Nəbiyev, bunun ümummilli liderimiz Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin düzgün siyasi xəttinin məntiqi nəticəsi olduğunu demişdir.
Tədbirdə pianoçu Elnarə İsmayılova və opera ifaçısı Silke Harstanq Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa etmişlər. Azərbaycan rəssamı Əşrəf Heybətov isə rəsm sərgisi ilə Azərbaycan insanının həyat və düşüncə tərzini qonaqlara anlatmışdır. Bundan əlavə, Azərbaycan mədəniyyəti haqqında film nümayiş etdirilmişdir.
Köniqştayn bələdiyyə başçısı Leonard Helm tədbir vasitəsilə Azərbaycanla daha yaxından tanış olduqlarını söyləmişdir.
Almaniyadakı Azərbaycan Cəmiyyətləri Federasiyasının sədri Nüsrət Dilbəstə bu cür tədbirlərin xalqlarımızın bir-birini daha yaxından tanımasında, Almaniya ilə Azərbaycan arasında dostluq münasibətlərinin gücləndirilməsindəki önəmini vurğulamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [13:48]
Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]