ALMANİYANIN MAYNTS ŞƏHƏR BƏLƏDİYYƏSİNİN SƏDRİ YENS BAYTEL AZƏRBAYCANA GƏLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Almaniyanın Maynts şəhər bələdiyyəsinin sədri Yens Baytel mayın 24-də Azərbaycana gəlmişdir. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə həyata keçirilən səfərdən məqsəd Azərbaycan ictimai-siyasi, mədəni həyatı ilə yaxından tanış olmaq, yeni əlaqələr qurmaqdır.
Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, Yens Baydel və onu müşayiət edən şəxslər Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını ziyarət edəcək, Ticarət və Sənaye Palatasında, Sənaye və Energetika, Mədəniyyət və Turizm nazirliklərində, Dövlət Komitəsində bir sıra görüşlər keçiriləcək, Gəncə, Şəmkir, Şəki, Qəbələ və Yevlax rayonları, Bakının tarixi mədəniyyət abidələri ilə tanış olacaq, eləcə də paytaxtdakı Yəhudi məbədi və pravoslav kilsəsinə baş çəkəcəkdir.
Almaniya nümayəndə heyətinin səfəri mayın 31-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]