“Altibox Norway Chess 2019”: Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə qarşılaşacaq
Bakı, 7 iyun, AZƏRTAC
Norveçin Stavanger şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da mübarizə apardığı “Altibox Norway Chess 2019” superturnirinin üçüncü turuna yekun vurulub.
AZƏRTAC xəbər verir ki, nüfuzlu yarışın ilk turunda azərbaycanlı qrossmeyster amerikalı Fabiano Karuanaya qarşı mübarizə aparıb. Partiya heç-heçə başa çatıb. İkinci turda Ş.Məmmədyarov hindistanlı Vişvanatan Ananda qalib gəlib. Üçüncü turda isə təmsilçimiz ermənistanlı Levon Aronyana məğlub olub. Üç turun yekununa görə, Ş.Məmmədyarovun aktivində 3,5 xal var. Norveçli Maqnus Karlsen 5 xalla vahid liderdir. Din Lijen (Çin), Uesli So (ABŞ) və L.Aronyan 4, Yu Yangyi (Çin), F.Karuana 2,5, V.Anand, Aleksandr Qrişuk (Rusiya), Maksim Vaşe-Laqrav (Fransa) 1 xal toplayıblar. Növbəti turda şahmatçımız M.Karlsenlə qarşılaşacaq.
Qeyd edək ki, bu turnirdə yenilik tətbiq olunur. Standart partiyada hər bir oyunçuya əlavəsiz 2 saat vaxt verilir. Partiyada qələbəyə görə 2, məğlubiyyətə görə 0 xal hesablanır. Tərəflər 4 saatlıq oyunun sonunda heç-heçə edəcəkləri halda, hər şahmatçının aktivinə yarım xal əlavə olunur və qalibi müəyyənləşdirmək üçün "Armaqedon" oynanılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]
Erlinq Haaland Çempionlar Liqasında bir neçə rekorda imza atıb
- 15.10.2026 [11:51]
Azərbaycan klubu braziliyalı voleybolçunu heyətinə qatıb
- 15.10.2026 [11:21]
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq
- 15.10.2026 [11:20]
Danimarka millisinin sabiq baş məşqçisi vəfat edib
- 15.10.2026 [11:10]
“Qarabağ” – “Neftçi” matçı FIFA referisinə tapşırılıb
- 15.10.2026 [10:45]