AMADA “Mingəçevir reqatası-2022”də xüsusi stendlə təmsil olunub
Bakı, 21 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Suqovuşanda start götürən avarçəkmə üzrə “Mingəçevir reqatası-2022”də xüsusi stendlə təmsil olunub.
AZƏRTAC xəbər verir ki, stenddə yerli və əcnəbi idmançılara agentlik haqqında, həmçinin antidopinq qaydaları, qadağan edilmiş dərmanlar və sağlam idmanın təbliği istiqamətində geniş məlumat verilib.
AMADA-nın təbirdəki "Təmiz idman" stendi ölkənin idman ictimaiyyəti, veteran idmançılar və ikinci Vətən müharibəsi qazilərinin böyük marağına səbəb olub. Stenddə təmiz idmanla bağlı şüarlar səsləndirilib.
İdmançılar AMADA tərəfindən hazırlanmış əyləncəli testdə iştirak ediblər.
Stendi ziyarət edənlərə AMADA tərəfindən hədiyyələr təqdim olunub.