AMB bank nümayəndələrinə onlayn təqdimat keçirib
Bakı, 16 avqust, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı (AMB) “Banklarda ekoloji risklərin idarə edilməsi təlimatı”nın banklara onlayn təqdimatını keçirib.
AMB-dan AZƏRTAC-a bildirilib ki, təqdimat zamanı banklarda iqlim və digər ətraf mühit risklərinin idarəetmə çərçivəsi, daxili siyasət və prosedurlar, risklərin müəyyən edilməsi, qiymətləndirilməsi, tənzimlənməsi və monitorinqi üzrə tövsiyələrin tətbiqi məsələləri müzakirə edilib.
Görüş interaktiv formatda təşkil edilib, bank nümayəndələrinin sualları cavablandırılıb və bu istiqamətdə təkliflər dinlənilib. Müzakirələrin nəticəsində banklarda iqlim risklərinin idarə edilməsi potensialının artırılması, habelə iqlim riskləri üzrə məlumatlara çıxışın təmin edilməsi üzrə növbəti addımlar müəyyən edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:42]
Doqquz ayda Azərbaycanda 20 milyon tonadək neft hasil edilib
- 15.10.2026 [13:24]