AMEA-nın Mikrobiologiya İnstitutunda dezinfeksiya işləri aparılıb
Bakı, 16 mart, AZƏRTAC
Azərbaycanda koronavirusa qarşı aparılan dezinfeksiya tədbirləri çərçivəsində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin koronavirusla bağlı profilaktik tədbirlər haqqında imzaladığı sərəncama uyğun olaraq Mikrobiologiya İnstitutunda dezinfeksiya işləri aparılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi müəssisənin laboratoriyaları, konfrans zalı, kitabxana və dəhlizləri dezinfeksiya olunub və bu işlərin mütəmadi olaraq təkrar edilməsi nəzərdə tutulur.
İnstitutda əməkdaşlara mikrobioloq alimlər tərəfindən koronavirusun yaratdığı fəsadlar və ondan qorunma yolları haqqında maarifləndirici məlumatlar verilib. Eyni zamanda, işçilərə virusdan qorunmaq üçün gigiyenik qaydalara əməl etmələri tövsiyə olunub. İnstitutun iş rejimində təqaüd yaşlı işçilərin işə davamiyyətində güzəştli şərtlərin tətbiq edilməsi nəzərdə tutulur.