Amerika kuboku: Argentina Paraqvayla bacarmayıb, Kolumbiya qələbə qazanıb
Bakı, 20 iyun, AZƏRTAC
İyunun 20-də futbol üzrə Amerika kubokunda növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, “B” qrupunda yer alan Argentina milli komandası Paraqvay seçməsi ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Bununla da Argentina qrupda ikinci oyununda da xal itirib.
Qrupun digər oyununda Kolumbiya və Qətər milliləri üz-üzə gəlib. Matç Kolumbiyanın minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Oyunda yeganə qolu 85-ci dəqiqədə Duvan Zapata Qətər millisinin qapısından keçirib.
Beləliklə, iki oyundan sonra Kolumbiya millisi 6 xalla qrupa başçılıq edir. Paraqvay 2 xalla ikinci pillədə qərarlaşıb. Hesabında 1 xal olan Argentina isə qrup sonuncusudur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]