AMERİKA MƏKTƏBİNDƏ NÖVBƏTİ FÖVQƏLADƏ HADİSƏ
Yerli polisin məlumatına görə, ölənlər olmamışdır, çünki silah pərçimlənmişdi. Üzündə xizəkçi maskası olan yeniyetmə oktyabrın 9-da gündüz təxminən 750 şagirdin təhsil aldığı məktəbə zorla girmişdir. Məktəbin direktoru və müəllimlərdən biri polis çağırmış və oğlanı dayandırmağa cəhd göstərmişdir. Lakin basqınçı direktorun kabinetində danışıqlar aparmaq çağırışlarını saya almamışdır. O demişdir: “Məni buna məcbur etməyin”. Sonra o, tavana avtomatdan atəş açmışdır.
Polisin nümayəndəsi demişdir: “Xoşbəxtlikdən, bir güllə atılandan sonra avtomat pərçimlənmişdir. Əgər belə olmasaydı, qurbansız ötüşməyəcəkdi”. Polislər məktəbə gəldikdən sonra basqınçı yenidən atəş açmağa cəhd göstərmişdir. Lakin silah işə düçməmiş və yeniyetmə təslim olmuşdur.
Basqınçının məktəbə gətirdiyi çantada kimyəvi reaktivlər, məftil kələfləri və partladıcı qurğunun quraşdırılmasına dair təlimat aşkar edilmişdir.
Hadisənin təhqiq edilməsi zamanı məlum olmuşdur ki, yeniyetmə Kalaşnikov avtomatını valideynlərinin evindən götürmüşdür.
Son bir neçə həftə ərzində bu, Amerika məktəblərinə artıq üçüncü basqındır. Axırıncı hadisə bir həftə əvvəl Pensilvaniya ştatında baş vermişdir. Onda cinayətkar dini məktəblərdən birinə zorla girərək, şagirdləri girov götürmüşdü. Polis onunla danışıqlar aparmağa cəhd göstərmiş, lakin bu, müsbət nəticə verməmişdir. O, girov götürülənləri atəşə tutaraq, 5 nəfəri öldürmüş, 7 nəfəri ağır yaralıyaraq, özünü də öldürmüşdür.