Amerikalı idmançı atla qəddar davrandığı üçün 10 il müddətinə diskvalifikasiya edilib
Bakı, 23 aprel, AZƏRTAC
Beynəlxalq Atçılıq Federasiyasının məhkəməsi amerikalı Endrü Koçeri yarışlarda istifadə etdiyi atlarla qəddar davrandığına görə, 10 il müddətinə diskvalifikasiya etmək qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Diskvalifikasiya müddəti 2020-ci ilin oktyabrından 28-dən hesablanacaq.
Beynəlxalq Atçılıq Federasiyası idmançının 2020-ci ilin iyun ayında beynəlxalq və milli yarışlarda, həmçinin məşq zamanı bir neçə atın üzərində elektrik cərəyanından istifadə etməsi iddiaları ilə bağlı istintaq başladıb. Fotoşəkilləri əsas götürən məhkəmə amerikalının 2018-ci ilin iyunundan 2019-cu ilin noyabrınadək elektrik cərəyanından istifadə edərək iştirak etdiyi səkkiz turnirdəki nəticələrini də ləğv edib. E.Koçerin hər hansı bir idman yarışına idmançı, hətta tamaşaçı kimi qatılması belə qadağan edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]