Amerikalı milyarder yarış trekində qəza zamanı ölüb
Bakı, 27 iyun, AZƏRTAC
Amerikalı milyarder Ceyms Kroun ad günündə, 70 yaşında Koloradoda yarış trekində qəza nəticəsində ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Colorado Sun” internet portalı məlumat yayıb.
“Henry Crown and Company” investisiya firmasının rəhbəri “Aspen Motorsports Park” trekində yarış zamanı idarəetməni itirib və təhlükəsizlik səddinə çırpılıb.
Babası, sənaye maqnatı Henry Kroun tərəfindən qurulan biznesə sahib olmaqla yanaşı, oğul Kroun “JP Morgan Chase”in direktorlar şurasında çalışıb və “Aspen Skiing Co”nun idarəedici tərəfdaşı olub. “Forbes”in son hesablamalarına görə, Kroun ailəsinin sərvəti 10,2 milyard dollardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]
Dubayda ilk dəmir yolu stansiyası açılıb
- 29.09.2026 [16:51]